CƏMİYYƏT
Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 6 iyul, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində “VAZ-21011” markalı bir avtomobildən 2230 manat dəyərində geyim əşyaları, təmir-tikinti alətləri və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Babazadə və əvvəllər məhkum olunmuş Q.Babayev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:28]
Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub
- 08.05.2024 [21:00]
“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək
- 08.05.2024 [19:58]
DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb
- 08.05.2024 [19:29]