CƏMİYYƏT
Bakıda dənizkənarı ərazilərin təmizlənməsinə dair beynəlxalq aksiya keçiriləcək
Bakı, 16 sentyabr, AZƏRTAC
“Ocean Conservancy” təşkilatının təşəbbüsü ilə yaradılan və BMT tərəfindən dəstəklənən Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü Bakıda sentyabrın 19-da Novxanı qəsəbəsi çimərliyində keçiriləcək.
Bütün aksiya iştirakçıları “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunacaqlar.
Hər il sentyabr ayında keçirilən Beynəlxalq Sahilyanı Təmizlik aksiyası “Coca-Cola” şirkəti tərəfindən artıq 20 ildir ki, dəstəklənir. Bu il aksiya “ASAN xidmət” nəzdində fəaliyyət göstərən “Green ASAN qrupu”, Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti, “Green Baku” Ekoloji Gənclər Birliyi, “Let’s Do It Azerbaijan” proqramı (letsdoitworld.org), Binəqədi Rayon İcra Hakimiyyəti, həmçinin “Urban.az” informasiya portalı tərəfindən təşkil olunur. Aksiyanın daimi tərəfdaşları sırasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, “ADA” Universiteti və “Youth Inc.” gənclərin sahibkarlıq proqramı yer alır.
"Hər il yüzlərlə insanın iştirak etdiyi “Сoastal Cleanup” aksiyası iştirakçılara ətraf mühitin önəmini dəyərləndirməyə imkan verir, təbiətə qayğı və məsuliyyətlə yanaşma mədəniyyətini formalaşdırır», - deyə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel bildirib.
Qeyd edək ki, Azərbaycanda son 5 il ərzində “Coca-Cola” tərəfindən keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 26 hektar ərazisi 10 ton məişət tullantısından təmizlənib. Ümumiyyətlə, 2014-cü ildə aksiyaya “Coca-Cola”nın 27 ölkədən 650 minə yaxın tərəfdaşı qoşulub ki, nəticədə uzunluğu 20 min kilometr olan sahilyanı ərazilər tullantıdan təmizlənib.
“Coca-Cola” şirkəti hər kəsi aksiyaya qoşulmağa və Xəzəryanı sahil ərazisinin təmizlənməsinə öz töhfələrini verməyə dəvət edir. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, [email protected] ünvanına iştirakla bağlı məktub göndərib və ya aksiyanın https://www.facebook.com/events/462048520641997/ ünvanlı “Facebook” səhifəsində qeydiyyatdan keçə bilərlər.
“Coastal Cleanup” aksiyasının iştirakçıları sentyabrın 19-da saat 9:00-da “Azadlıq prospekti” metro stansiyasının çıxışında top