MƏDƏNİYYƏT
Bakıda gənc və həvəskar rəssamların sərgisi açılacaq
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 15-də “Art Villa” qalereyasında gənc və həvəskar rəssamların əl işlərindən ibarət qrup sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən “Start” layihəsi çərçivəsində təşkil olunacaq. Sərgidə iştirak etmək istəyənlər əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Layihənin məqsədi incəsənətin və müasir memarlığın təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, bundan əvvəl “Start” layihəsi çərçivəsində “Bakının müasir memarlığı fotolarda” adlı sərgi təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]