CƏMİYYƏT
Bakıda havanın temperaturu iqlim normasından 2.4° yuxarı olub
Bakı, 17 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Şəmkir, Şəki, Quba, Qusar, Xaltan, Kişçayda (Şəki) 1 millimetr olub.
Qərb küləyi əsib, Naftalanda arabir 26, Gəncədə 24, Şabranda 22, Xaçmaz, Ağstafa, Neftçalada 20, Salyanda 17, Daşkəsən, Şəmkirdə 16, Maştağada 25, Bakıda 23, Binə, Sumqayıtda 22, Ələt, Qum adası, Pirallahı, Neft Daşlarında 20, Zabratda 18, Çilov adasında arabir 15 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Havanın temperaturu Bakıda iqlim normasından 2.4° yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16-19°, aran rayonlarında 20-26°, dağlıq rayonlarda 14-18°, Naxçıvan Muxtar Respublikasında 18-24° isti olub.