İDMAN


Bakıda keçiriləcək alpaqut üzrə dünya kubokunda 300-dən çox idmançı iştirak edəcək

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 24-26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları keçiriləcək.

Azərbaycan Alpaqut Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarış Gənclər və İdman Nazirliyi, Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi, Dünya və Azərbaycan Alpaqut federasiyaları tərəfindən təşkil edilir.

Dünya kubokunda Azərbaycan, Türkiyə, Almaniya, Qazaxıstan, Türkmənistan, İran, Qırğızıstan, Gürcüstan, Rusiya, Macarıstan, Nepal, Hindistan, Banqladeş Pakistan və Ukraynadan, ümumilikdə 300-dən çox idmançı iştirak edəcək.

Yarış alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.