İDMAN


Bakıda keçirilən beynəlxalq turnirdə 6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib

Bakı, 19 yanvar, AZƏRTAC

“Arpaçay” karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə 6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 6 yaşlılarda Xəyal Göyüşov (15 kq), Yusif Quliyev (20 kq, hər ikisi Azərbaycan), Rustam Kovalçuk (25 kq, Ukrayna), Rəsul Əliyev (+25 kq, Rusiya), Sərvi Hüseynzadə (+25 kq, Azərbaycan), Katerina Çyuhasova (+20 kq, Ukrayna) birinci yeri tutublar.

Yeddi yaşlı karateçilər arasında Atilay Əbdülkərim (+20 kq,) Osman Əlizadə (25 kq), İlkin Əliyev (30 kq, hamısı Azərbaycan), Davud Doliok (+30 kq, Ukrayna), Leyla Məmmədli (20 kq, Azərbaycan), Aramita Malikişasgol (25 kq, İran), Xədicə Qasımova (+25 kq, Azərbaycan) fəxri kürsünün ilk pilləsinə yüksəliblər.

Səkkiz yaşlıların mübarizəsində İlia Gabrava (+25, Gürcüstan), Elməddin Səlimli (30 kq, Azərbaycan), Daniel Lypivski (35 kq, Ukrayna), Rafael Yusibov (35 kq), İlqarə Qurbanova (25 kq), Aysu Tarverdi (30 kq), Mədinə Kazımova (+30 kq, hamısı Azərbaycan) qalib olublar.

Rza Maqsudlu (25 kq), İsfəndiyar Novruzov (30 kq), Səməd Hüseynzadə (35 kq), Emil Şıxəliyev (40 kq), Amil Abbaslı (+40 kq, hamısı Azərbaycan), Mariya Şamokva (30 kq, Rusiya), Nərmin Əliyeva (35 kq), Mədinə Kazımova (40 kq, hər ikisi Azərbaycan) 9 yaşlı karateçilər arasında qızıl medal qazanıblar.

Uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkədən 900-dən çox idmançı mübarizə aparır. Turnirə bu gün yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.