İDMAN


Bakıda keçirilən dünya yaş qrupları yarışlarının sonuncu günündə daha səkkiz dəst medalın sahibləri müəyyənləşəcək

Bakı, 28 noyabr, AZƏRTAC

Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının sonuncu günündə - noyabrın 28-də daha 8 dəst medalın sahibləri məlum olacaq.

AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə 11-12 yaş qrupunda qızlar və oğlanlar arasında batut gimnastikası, 15-16 yaş kateqoriyasında isə ikili minibatut yarışlarında qaliblər müəyyənləşəcək. Qızlar və oğlanlar arasında 13-14 yaş qrupunda tamblinqdə, 17-21 yaşlı gimnastların mübarizəsində isə batut üzərində sinxron tullanış yarışlarında mükafatçılar bəlli olacaq.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.