İQTİSADİYYAT
Bakıda mövcud olan 160 taksi dayanacağının 79-u inventarlaşdırılıb
Bakı, 21 dekabr, Elvin Camalov, AZƏRTAC
Bakıda mövcud olan 160 taksi dayanacağının 79-u inventarlaşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili fəaliyyət göstərir. Taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə, həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb.
V.Kərimlinin sözlərinə görə, aparılan araşdırmalarla Bakı şəhərində, ümumilikdə, 160 taksi dayanacağı təsbit edilib. Artıq bu dayanacaqlardan 79-u inventarlaşdırılaraq sürücülərin ixtiyarına verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]