CƏMİYYƏT
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan Qazaxıstan vətəndaşı saxlanılıbVİDEO
Bakı, 16 mart, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən Qazaxıstan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş Sahil Həsənov 0,510 qram heroini satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada 11,706 qram heroin, 5,239 qram tiryək, 10,119 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovun paytaxtın Xətai rayonunda kirayədə yaşadığı mənzilə də baxış keçirilib. Oradan isə əlavə olaraq, 503,292 qram heroin və 49,881 qram metamfetamin aşkarlanıb.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.