MƏDƏNİYYƏT


Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək

Bakı, 16 avqust, AZƏRTAC

Sentyabrın 25-də Bakıdakı “Art Tower” rəsm qalereyasında perulu rəssamların fərdi sərgisi keçiriləcək.

AZƏRTAC “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatına istinadən xəbər verir ki, sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə reallaşacaq. Sərgi AZƏRTAC-ın informasiya dəstəyi ilə keçiriləcək.

Sərgidə dörd Perulu rəssamın əsərləri nümayiş olunacaq.

Rəssamların hər biri And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını, gölləri, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini əsərlərində özünəməxsus şəkildə əks etdiriblər.

Sərgi oktyabrın 6-dək davam edəcək. Giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.