CƏMİYYƏT


Bakıda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən masaj salonu aşkarlanıb VİDEO

Bakı, 29 avqust, AZƏRTAC 

Bakıda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən masaj salonu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə Xocalı prospekti 29 ünvanında yerləşən həmin obyektin fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları bu ünvana gedib. Həmin ünvanda “Hamam Center” adı altında fəaliyyət göstərən iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub. Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən 10 qadını və 1 nəfər obyektin sahibi olan Azər Ağayevi saxlayaraq polis şöbəsinə gətiriblər.

Sanitar-epidemioloji normaları pozan şəxslər barədə qanunvericiliyə uyğun tədbir görülüb. Onlar barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və hər biri cərimə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.