MƏDƏNİYYƏT
Bakıdakı Yunus Əmrə İnstitutu esse müsabiqəsi elan edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakıdakı Yunus Əmrə İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi elan edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədi ilə həyata keçirilir. Müsabiqəyə Tanpınarın yaradıcılığı haqda esselər qəbul olunacaq. Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur.
Müsabiqəyə esse qəbulu noyabrın 15-dək davam edəcək. Təqdim olunan esselər Türkiyə və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək.
Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7 min işarədən başlayıb,10 mindən artıq olmayan, “Times New Roman” şrifti ilə yazılmış esselər qəbul olunacaq. Yazılar [email protected] elektron ünvanına göndərilməlidir.
Yarışmanın nəticələri dekabrın 15-də Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq. İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraq Türkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.