REGİONLAR
Balakən Uşaq İncəsənət Məktəbinin yeni binasında tikinti işləri başa çatıb
Balakən, 9 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Balakən şəhərində Uşaq İncəsənət Məktəbi üçün inşa edilən 320 yerlik yeni binanın tikintisi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dövlət büdcəsindən ayrılan vəsait hesabına inşa edilən üçmərtəbəli binanın tikintisinə 2017-ci ilin noyabrında başlanılıb. Binada 170 yerlik akt və konsert zalı, məşğələ, orkestr, xor və sinif otaqları, bufet, valideynlər üçün nəzərdə tutulan gözləmə otağı, həmçinin inzibati otaqlar yerləşir. Bütün otaqlar təzə mebel və avadanlıqla təchiz olunub.
Səttar Gözəlov küçəsində inşa edilən yeni bina şəhərin arxitekturasına xüsusi gözəllik verir.
İnşaat işlərini “Tikinti Quraşdırma Az NY” MMC-nin kollektivi həyata keçirib.