REGİONLAR


Balakəndə indiyədək 21,9 min tondan çox tərəvəz istehsal edilib

Balakən, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 2037 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1548,4 hektar sahənin məhsulu yığılıb, 21 min 940 ton tərəvəz istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 564 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 141,7 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 11 min 841 ton xiyar, 3 min 704 ton pomidor, 56 ton kələm, 2 min 791 ton yaşıl lobya, 1212 ton baş soğan, 896 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı da davam edir. Fermerlər indiyədək sahələrdən 6065 ton kartof, 3524 ton bostan məhsulları yığıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.