REGİONLAR
Balakənli gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan intellektual yarış keçirilib
Balakən, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Aktiv Gənclər Klubu tərəfindən icra olunan VI “Səmərəli tətil” Proqramı çərçivəsində yeniyetmələr arasında “Cümhuriyyət kuboku” uğrunda “Breyn-rinq” intellektual oyunu üzrə “Yay liqası” çempionatına yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan yarışda 12 komandanın tərkibində 70-dək yeniyetmə və gənc mübarizə aparıb.
Yarışın təşkilində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumatlılığın və intellektual potensialın artırılması olub.
Bir ay davam edən yarışda “Hüriyyət”, “Bakı bonu” və “Hilal” komandaları müvafiq olaraq ilk üç yerə layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.