İQTİSADİYYAT
“Bank VTB (Azərbaycan)” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur
Bakı, 4 avqust (AZƏRTAC). “Bakı Fond Birjası” QSC-yə (BFB) “Bank VTB (Azərbaycan)” ASC-nin adi, adlı, sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət olunmuşdur.
Avqustun 12-dən etibarən BFB-də ASC -nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
BFB-dən AZƏRTAC-a bildirmişlər ki, emissiyanın həcmi 27 milyon manat, qiymətli kağızın miqdarı 135 milyon ədəd, nominal dəyəri 0.2 manat, üstünlük hüququnun bitmə tarixi dekabrın 10-dur.
Anderrayter qismində “Brokdil-az” MMC çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]