DÜNYA
Barselonada toqquşmalarda 30-dan çox polis əməkdaşı yaralanıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Barselonada baş verən toqquşmalar nəticəsində Kataloniyanın “Mossos D`Esquadra” hüquq-mühafizə orqanlarının 30-dan çox əməkdaşı xəsarət alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin nümayəndəsi bildirib. O, xəsarətlərin xarakteri və saxlanılan şəxslərin sayı barədə açıqlama verməyib və bu məlumatların mətbuat konfransında elan olunacağını deyib.
Qeyd edək ki, oktyabrın 1-də axşam saatlarında Kataloniyanın Barselona və Jirona şəhərlərində nümayişçilər və hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verib. Kütləvi aksiyalar İspaniya hökuməti və Konstitusiya Məhkəməsi tərəfindən tanınmayan müstəqillik barədə referendumun ildönümü ilə əlaqədar keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]