SİYASƏT


Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilir.

Həmçinin ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin hamısının uğurla reallaşdırılması üçün hökumət xətti üzrə sıx əlaqələrin və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.