DÜNYA
Baş nazir: Gürcüstanda əhalinin unla təminatında heç bir problem yoxdur
Tbilisi, 16 may, AZƏRTAC
Gürcüstanın kifayət qədər un ehtiyatı var, ölkədə buğda ehtiyatı da var və cəmi bir ay, ay yarımdan sonra biz artıq öz məhsulumuzu toplayacağıq. Ona görə də ölkədə un qıtlığının yaranacağı ilə bağlı ajiotaj üçün heç bir əsas yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında söyləyib.
Onun sözlərinə görə, ölkədə süni şəkildə ajiotaj yaradılıb. Əslində əhalinin unla təminatında heç bir problem yoxdur. Baş nazir deyib: “Bəzi şəxslər, sənaye nümayəndələri una verginin tətbiqini tələb edirlər. Bu isə təbii ki, çörəyin qiymətinin artmasına səbəb olacaq. Bu, nə bizim, nə də xalqımızın, əhalimizin mənafeyinə uyğun deyil. Ona görə də hesab edirəm ki, bu ajiotaj tamamilə süni şəkildə yaranıb, bu gün ölkəmizdə heç bir problem yoxdur”.
Baş nazir bildirib ki, bu məsələ kiçik qrup tərəfindən siyasiləşdirilib və ajiotaj süni şəkildə yaradılıb.
“Gürcüstanda kifayət qədər un ehtiyatı var və əhalinin qida təhlükəsizliyi baxımından problem yoxdur”, - deyə İ.Qaribaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi