İDMAN


Basketbol üzrə Avroliqanın növbəti mövsüm üçün püşkü atılıb

Bakı, 16 iyul, AZƏRTAC

Basketbol üzrə Avroliqanın növbəti mövsüm üçün püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, mövsüm sentyabrın 30-da start götürəcək. Reqlamentə gəlincə, 18 komandanın hərəsi müntəzəm çempionatda 34 oyun keçirəcək. Aprelin 8-də müntəzəm çempionat başa çatdıqdan sonra ilk 8 yeri tutan komanda pley-offa vəsiqə qazanacaq. Daha sonra 4 klub Berlində keçirilək “Dördlər finalı”nda çıxış edəcək.

Mövsümün ilk turuna gəlincə, azarkeşlər sentyabrın 30-da 4 oyun izləyəcəklər. Fransada “Monako” “Panatinaikos”la qarşılaşacaq. Təl-Əvivdə “Makkabi” “Bavariya”nı qəbul edəcək. İtaliyada keçiriləcək “Milan” ilə ÇSKA arasında oyun da maraqla gözlənilir. Günün mərkəzi matçında isə “Real” Madriddə son çempion “Anadolu Efes”lə oynayacaq.

Oktyabrın 1-də isə daha 5 görüş keçiriləcək. UNİKS Kazanda “Zenit”lə münasibətlərinə aydınlıq gətirəcək. “Fənərbağça” İstanbulda “Srvena Zvezda” ilə qarşılaşacaq. Fransada ASVEL “Jalgiris”in müqavimətini qırmağa çalışacaq. “Olimpiakos” Pireydə “Baskoniya”nı, “Barselona” isə “Palau Blauqrana”da Berlinin “Alba” klubunu qəbul edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.