İDMAN


“Bavariya” ardıcıl yeddinci dəfə Almaniya çempionu olub

Bakı, 18 may, Nicat Məmmədov, AZƏRTAC.

Mayın 18-də futbol üzrə Almaniya çempionatının 2018-2019-cu il mövsümünə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Bundesliqanın qalibi olan Münxenin “Bavariya” klubu ardıcıl yeddinci dəfə çempion adını qazanıb. Münxenlilər sonuncu - 34-cü turda doğma azarkeşlər önündə “Ayntraxt” klubunu məğlub 5:1 hesabı ilə məğlub edərək xallarının sayını 78-ə çatdırıb. Beləliklə, “Bavariya” ardıcıl 6-cı, tarixində isə 29-cu dəfə Almaniya çempionu adını qazanıb. “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski mövsüm ərzində 22 dəfə fərqlənərək çempionatın ən məhsuldar futbolçusu olub.

Çempionatın gümüş medallarına 76 xal toplayan “Borussiya Dortmund” komandası sahib olub. “Leypsiq” komandası 66 xalla üçüncü, “Bayer Leverkuzen” isə 58 xalla dördüncü olub. İlk dörd yeri tutan komandalar 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.

“Borussiya Mönxenqladbax”, “Volfsburq” və “Ayntraxt” klubları isə UEFA Avropa Liqasında çıxış edəcəklər.

Bundesliqanın sonuncu turunda aşağıdakı nəticələr qeydə alınıb:

“Mainz” - “Hoffenhaym” - 4:2;

“Borussiya Mönhenbladbax” - “Borussiya Dortmund” - 0:2;

“Bavariya” - “Ayntraxt” - 5:1;

“Şalke” - “Ştuttqard” - 0:0;

“Fortuna Düsseldorf” - “Hannover” - 2:1;

“Herta Berlin” - “Bayer Leverkuzen” - 1:5;

“Fraiburq” - “Nürnberq” - 5:1;

“Volfsburq” - “Auqsburq” - 8:1;

“Verder Bremen” - “Leipsiq” - 2:1.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.