İDMAN
“Bavariya”nın prezidenti bu il “Ballon d'Or”un verilməməsi qərarını sərt tənqid edib
Bakı, 28 iyul, AZƏRTAC
“Bavariya” futbol klubunun prezidenti Karl-Heinz Rummenigge bu il “Ballon d'Or”un verilməməsi qərarını sərt tənqid edib.
AZƏRTAC xəbər verir ki, əksər liqaların koronavirus pandemiyasına görə tamamlandığını bildirən mütəxəssis qərarın yanlış olduğunu deyib: “Təəssüf ki Fransa “Qızıl top”la bağlı belə bir qərar verib. Mənə görə bu ədalətsiz qərardır. Fransa xaric, əsas liqalar davam etdirilib. Robert Levandovski karyerasının ən yaxşı mövsümünü keçirmişdi. Bu mükafata layiq idi”.
Qeyd edək ki, “France Football” nəşri yaydığı açıqlamada koronavirus pandemiyası səbəbindən yaranan problemə görə “Qızıl top” mükafatının bu il heç kimə verilməyəcəyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]