CƏMİYYƏT
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bakı, 18 mart, AZƏRTAC
Hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə edilir və sürəti 25-28 metrə bərabərdir. Güclü külək martın 19-da axşam saatlarında səngiyəcək. Martın 20-də mülayim şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında, o cümlədən regionlarda hava yağıntılı olacaq. Paytaxtda və yarımadada havanın hərarəti 9 dərəcəyə yaxın olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.
Direktor bildirib ki, martın 21-də ölkə ərazisində əsl yaz havası müşahidə ediləcək. Respublika ərazisində hava yağmursuz olacaq, havanın hərarəti tədricən yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 12-14 dərəcəyə bərabər olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]