DÜNYA


Belqradda hakimiyyət əleyhinə təşkil olunmuş aksiyada minlərlə insan iştirak edib

Bakı, 6 noyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda hakimiyyət əleyhinə təşkil olunmuş aksiyada minlərlə insan iştirak edib.

AZƏRTAC RİA informasiya agentliyinə istinadla xəbər verir ki, “beş milyondan biri” şüarı ilə keçirilən aksiyada qarlı hava şəraitinə baxmayaraq, minlərlə insan iştirak edib. Etirazçılar Belqradın mərkəzi küçələri ilə hərəkət edərək hakimiyyət əleyhinə bir sıra şüarlar səsləndiriblər.

Qeyd edək ki, etiraz aksiyaları Serbiyada bir aydan çoxdur davam edir. Növbəti aksiyaların yanvarın 10-da Kurşumliya, yanvarın 11-də Niş, yanvarın 25-də isə Novi-Sade şəhərlərində təşkili planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.