DÜNYA
Belqradda yenidən fövqəladə hal elan olunub
Belqrad, 4 iyul, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda iyulun 5-dən yenidən fövqəladə hal başlayır. Məqsəd koronavirusa yoluxmada yeni dalğanın qarşısını almaqdır.
AZƏRTAC xəbər verir ki, fövqəladə hallar üzrə şəhər qərargahının təklifi ilə qəbul edilən qərar ancaq Belqrada aiddir. Çünki Serbiyada yoluxanların ümumi sayının 82,5 faizi paytaxt Belqradda qeydiyyatdadır. Serbiya Prezidenti Aleksandr Vuçiç tələbə yataqxanalarının və gecə klublarının bağlanması kimi yeni tədbirlər barədə məlumat verib. Tətbiq edilən qaydalar hələlik bir həftə qüvvədə olacaq. Ölkənin baş epidemioloqu Predraq Konun verdiyi məlumata görə, bir həftədən sonra əldə olunan nəticələrə əsasən sonrakı tədbirlər barədə qərar qəbul olunacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]