DÜNYA


Berlin və Paris Axen sazişini imzalayıblar

Berlin, 23 yanvar, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron yanvarın 22-də Axendə Almaniyanın federal kansleri Angela Merkel ilə imzaladığı sazişi iki ölkənin münasibətlərində yeni səhifə adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu sənəd 1963-cü ildə Almaniya və Fransanın liderləri Konrad Adenauer və Şarl de Qoll arasında imzalanmış Yelisey müqaviləsinə bir əlavədir. Əlavədə yeni minilliyin qlobal çağırışları fonunda zəruri olan mühüm məsələlər yer alıb.

Axen sazişinin imzalanması Avropada, xüsusən Fransada çətin günlərə təsadüf edir. Köhnə qitəni silkələyən Brexit Avropanın birliyi üzrə skeptiklərin və inteqrasiya tərəfdarlarının Beşinci respublikanın gələcəyi ilə bağlı diskussiyalarına səbəb olub. İndi Parisi daxili ziddiyyətlər və “sarı jiletlər” aksiyaları bürüyüb.

Paris və Berlin yeni sazişdə alman-fransız maraqlarını beynəlxalq platformada, xüsusən BMT-də genişləndirmək, AFR və Fransanın rəqabət qabiliyyətini artırmaq, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər. Makron və Merkel iki ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələri də pisləyiblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.