DÜNYA
“Beşiktaş”-“Bursaspor” matçından sonra törədilən terror aktında təqsirli bilinən şəxslərə hökm oxunub
İstanbul, 17 may, AZƏRTAC
Üç il əvvəl “Beşiktaş” və “Bursaspor” futbol klubları arasında oynanılan qarşılaşmadan sonra PKK terror təşkilatı tərəfindən törədilmiş qanlı terror aktında şübhəli bilinən 27 nəfər haqqında İstanbul 29-cu Ağır Cəza Məhkəməsində hökm oxunub.
AZƏRTAC xəbər verir ki, hadisənin törədilməsində şübhəli bilinən 4 məhkuma 47 dəfə ağırlaşdırılmış ömürlük həbs və ümumilikdə 4890 il, on nəfərə ağırlaşdırılmış ömürlük həbs və 25 ildən 3380 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Daha dörd nəfər isə terror təşkilatına üzv olmaqda ittiham edilərək 7,5 ildən 15 ilədək azadlıqdan məhrum edilib. Doqquz məhkumun barəsində isə hökm çıxarılması təxirə salınıb.
Xatırladaq ki, 2016-cı il dekabrın 10-da İstanbulda “Beşiktaş” futbol klubunun ev oyunlarını keçirdiyi “Vodafon Park” stadionunda törədilən terror aktı nəticəsində 40-ı mühafizə xidmətinin əməkdaşı olmaqla 47 nəfər həlak olub, 242 nəfər yaralanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]