İDMAN
“Beşiktaş”ın hücumçusu “Fulhem” klubuna transfer olunub
Bakı, 16 yanvar, AZƏRTAC
İngiltərənin “Fulhem” futbol klubu “Beşiktaş”ın hollandiyalı hücumçusu Rayan Babeli heyətinə cəlb edib.
AZƏRTAC “Fulhem” klubunun saytına istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun mövsümün sonuna qədər “Fulhem”də forma geyməsinə dair müqavilə imzalanıb.
İngiltərə mətbuatı isə “Fulhem”in Babelin transferi üçün İstanbul təmsilçisinə 2 milyon avro ödədiyini yazıb.
Karyerasına 2004-cü ildə Hollandiyanın “Ayaks” klubunda başlayan Babel 2007-2011-ci illərdə “Liverpul”da çıxış edib. Hollandiyalı hücumçu cari mövsümdə “Beşiktaş”ın heyətində 19 oyunda 6 qol vurub. O, Hollandiya millisində isə 54 oyunda 8 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]