REGİONLAR


Beyləqan kümçüləri 1 ton barama tədarük etməyi qarşıya hədəf qoyublar VİDEO

Beyləqan, 26 may, Aydın Yavərzadə, AZƏRTAC

Bu il Beyləqanda 25 təsərrüfatda ipəkqurdu bəslənilir. Ötən il baramadan qazanc əldə edən kümçülərin məqsədi bu il də yüksək məhsul götürməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonunda ötən illər ərzində baramaçılıq üzrə təcrübə toplayan kümçülər bu il də ənənəyə sadiq qalaraq yüksək məhsul əldə etmək istəyirlər. Üç ildir ki, ipəkqurdu bəsləməklə əlavə qazanc əldə edən Yuxarı Aran kənd sakini, kümçü Şamxal İsmayılov deyir ki, baramaçılıq gəlirli və əlverişli sahədir. Dövlət tərəfindən toxumların pulsuz olaraq yerlərdə kümçülərə paylanması, eyni zamanda, məhsulun təhvil alınması baramaçılığa marağı artırır. Artıq ipəkqurdu dördüncü yuxudan ayılıb və yaxın on gündə pup sarıma dövrünə keçəcək.

Baramadan əlavə qazanc edən digər bir kümçü isə Hafiz Quliyevdir. Onun sözlərinə görə, bu sahə çox sərfəlidir. Ötən illərdə baramadan kifayət qədər qazanc götürən təsərrüfat sahibi bu il daha çox toxum əldə edib. Cari ildə 40 qram toxum götürən kümçü bol məhsul tədarük edəcəyini bildirir.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, 2022-ci ildə Beyləqan üzrə 25 kümçüyə 40 qutu olmaqla, 500 qrama yaxın ipəkqurdu toxumu paylanılıb. Cari ildə rayon üzrə hədəf 1 ton barama tədarük etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.