REGİONLAR
Beyləqan taxılçıları indiyədək 8296 hektar sahədə səpin aparıblar
Beyləqan, 17 noyabr, AZƏRTAC
Bu il taxıl zəmilərindən bol məhsul götürən Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günədək 10 min 850 hektar sahədə payızlıq şum qaldırılıb, 6766 hektarda buğda, 1530 hektarda arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 14 min hektarda taxıl səpilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Beyləqan taxılçıları bu il 12 min 989 hektar taxıl sahəsindən 46 min 112,7 ton məhsul əldə ediblər. Məhsulun 40 min 521 tonu buğda, 5591,7 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 35,5 sentner, o cümlədən buğda sahələrində 36,5 sentner, arpa sahələrində isə 30,7 sentnerdir.