SİYASƏT


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcək

Tbilisi, 13 sentyabr, AZƏRTAC

Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (RONDELİ Fondu) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Ekaterina Metreveli imzalayıblar.

Görüşdə Fərid Şəfiyev Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi, siyasi islahatlar, rəhbərlik etdiyi qurumun məram və məqsədləri barədə ətraflı məlumat verib. Bildirib ki, Gürcüstana səfərin məqsədi RONDELİ Fondu ilə əməkdaşlığa yeni təkan vermək, siyasi, iqtisadi, mədəni, ticari, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaqdır.

Ekaterina Metreveli RONDELİ Fondunun fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə danişıb. O, Azərbaycan tərəfi ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.