İDMAN


Beynəlxalq Qran-Pri yarışlarının ikinci günündə qadınların mübarizəsində finalçılar müəyyənləşib

Bakı, 14 may, AZƏRTAC

Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının ikinci günündə üç qadın təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, turnirdə 63 kiloqram çəki dərəcəsində tatamiyə çıxan idmançımız Xanım Hüseynova türkiyəli cüdoçu Duyğu Cete Artarla bürünc medal uğrunda görüşdə qarşılaşacaq. Eyni çəki dərəcəsində finalda özbəkistanlı idmançı Nafisa Şərifboeva Rusiya təmsilçisi Olqa Poznişeva ilə üz-üzə gələcək.

Qran-Pridə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Zülfiyyə Hüseynova bürünc medal uğrunda özbəkistanlı Vəsilə Aliboeva ilə görüşəcək. Həlledici qarşılaşmada Meksika təmsilçisi Lenia Fabiola Ruvalkaba Alvarez braziliyalı cüdoçu Alana Martinslə üz-üzə gələcək.

Turnirdə 70 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Dürsədəf Kərimova bürünc medal uğrunda braziliyalı idmançı Rebeka Silva ilə qarşılaşacaq. Qalib adı uğrunda görüşdə italiyalı cüdoçu Karolina Kosta Çin təmsilçisi Honqyu Vanqla münasibətlərinə aydınlıq gətirəcək.

Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Qeyd edək ki, AZƏRTAC paracüdo üzrə Qran-Prinin media tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.