İDMAN


Beynəlxalq Şahmat Olimpiadası: qadın şahmatçılarımız ikinci turda belçikalı idmançılara qalib gəliblər

Tbilisi, 25 sentyabr, AZƏRTAC

Batumidəki “Expo Arena”da 43-cü Beynəlxalq Şahmat Olimpiadası davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 25-də keçirilən ikinci turda Azərbaycanın qadın şahmatçıları Belçikadan olan idmançıları məğlub edərək turu qələbə ilə başa vurublar.

İdmançılarımız Ülviyə Fətəliyeva rəqibi Annelies Kuvelieri, Günay Məmmədzadə Xanne Qussensi, Zeynəb Məmmədyarova Darya Vanduyfyusu, Gülnar Məmmədova isə Viebke Barbiieri məğlub ediblər.

Kişi şahmatçılarımız bu turda İtaliya komandası ilə qarşılaşıb. Arkadi Naydiç Luka Moroniyə qalib gəlib. Şəhriyar Məmmədyarovun Daniel Vokaturo ilə görüşü heç-heçə yekunlaşıb. Maykl Qoden – Teymur Rəcəbov və Sabino Brunello – Rauf Məmmədov qarşılaşması isə hələ davam edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.