ELM VƏ TƏHSİL


Beynəlxalq Türk Akademiyasının prezidenti Qırğızıstanın təhsil və elm naziri ilə görüşüb

Bakı, 28 mart, AZƏRTAC

Beynəlxalq Türk Akademiyası (BTA) Elmi Komitəsinin VI iclasında iştirak üçün Qırğızıstanın paytaxtı Bişkekdə rəsmi səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev təhsil və elm naziri Kanibek İmanaliyev ilə görüşüb.

BTA-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Elmi Komitənin Bişkekdə keçiriləcək iclasının gündəliyi, Türk dünyasında elmi əməkdaşlığın inkişafında Akademiyanın rolu, Qırğızıstanda həyata keçiriləcək layihələr və planlar müzakirə edilib.

Akademik Şahin Mustafayevin Beynəlxalq Türk Akademiyasının rəhbəri vəzifəsinə təyin edildikdən sonra Qırğızıstana ilk səfəri olduğunu qeyd edən Kanibek İmanaliyev tanışlıq səfərinin səmərəli olacağına əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.