Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Beynəlxalq hüquq normalarına arxa çevirən Ermənistan insan hüquq və azadlıqlarını kobud şəkildə pozur

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Dünya azərbaycanlıları təxribatlara qarşı” mövzusunda videokonfrans keçirilib.

Bu barədə AZƏRTAC-a YAP Gənclər Birliyindən məlumat verilib.

Videokonfransda çıxış edən Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov bildirib ki, tarixboyu çətinliklərdən keçmiş, ağır sınaqlarla üzləşmiş Azərbaycan xalqı hazırda bir yumruq kimi sıx birləşməli, bu mübarizəsindən alnıaçıq çıxaraq bayrağımızı tarixi ərazilərimiz olan Qarabağda dalğalandırmaqla qələbəyə nail olmalıdır. O qeyd edib ki, bu günlər dünyanın bir çox ölkələrinin şəhərlərində Ermənistanın səfirlikləri qarşısında etiraz aksiyaları keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Vətənin səsinə səs verməyə və Prezidentimizin hər bir tapşırığını yerinə yetirməyə hazır olduqlarını bildirməklə vətənpərvər mövqeyini nümayiş etdirirlər. Tovuz hadisələrindən sonra yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşlarımızın könüllü olaraq hərbi xidmətə yazılmaları, hər zaman Ali Baş Komandanın əmrini gözlədiklərini və onun ətrafında səfərbər olduqlarını bir daha təsdiqləyir.

R.Məmmədov deyib ki, vətənpərvərlik hissləri qəlbimizi qürurla doldurur və zəfər günlərinə doğru inamla irəliləməyə ruhlandırır. Lakin ermənilər bu gün haqlı olan Azərbaycan xalqını və soydaşlarımızı müxtəlif təxribatlara çəkmək istəyirlər. İstəyirlər ki, Azərbaycan vətəndaşları təxribata uysun, zorakılığa məruz qalsın və qarşıdurmalarda iştirak etsin. Ona görə də, bütün bunlardan çəkinmək, heç bir təxribata və zorakılığa uymamaq lazımdır. Bu, Azərbaycan üçün vacibdir və təxribatlar Vətənimiz üçün heç bir fayda verməyəcək.

Tədbirdə çıxış edən Real televiziyasının Avropa müxbiri Xatirə Sərdarqızı, AMOR-un regional bölməsinin sədri Toğrul Həsənzadə, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri Daməd Əsgərov, AGAH təşkilatının sədri Təbriz Cəfərov, Fransada Azərbaycanın Dostları Assosiasiyasının katibi Mirvari Fətəliyeva, Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov, Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadə, İsveç Azərbaycanlı Gənclər təşkilatının sədri Ayda Amir Haşimi belə bir tədbirin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib, keçirilən aksiyaların önəmi barədə danışıblar. Eləcə də ABŞ-da, Kanadada və Avropanın digər şəhərlərində ermənilərin azərbaycanlılara qarşı zorakı hərəkətləri barədə fikirlərini bildirib, hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduqlarını diqqətə çatdırıblar.

Çıxış edənlər xaricdə yaşayan soydaşlarımıza ermənilərin təxribatına uymamaq, onlara qarşı mübarizəni hüquqi müstəvidə aparmaq, Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə bağlı fəaliyyəti daha da gücləndirməyi və birgə hərəkət etməyi tövsiyə ediblər.

Sonra videokonfransda çıxış edən Milli Məclisin deputatları Naqif Həmzəyev və Bəhruz Məhərrəmov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, ASAN Könüllüləri təşkilatının sədri Səbinə Cabbarova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, YAP Gənclər Birliyi ofisinin rəhbəri Elmar Məmmədov, “Cavan” təşkilatının sədri Murad Ağabəyli, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Bəxtiyar Rəhimov və başqaları Tovuz istiqamətində gedən döyüşlərdən sonra faşist ideologiyasının quluna çevrilən ermənilərin dünyanın bir sıra ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı zorakı hərəkətlərini terror hadisəsi kimi səciyyələndiriblər. Qeyd edilib ki, mənfur düşmən öz diasporu vasitəsilə dünya azərbaycanlılarının həmrəyliyinə kölgə salmaq üçün Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərimizə qarşı təxribatçı əməllər törədərək, aksiya iştirakçılarına fiziki güc tətbiq edib, onlara xəsarətlər yetirib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqlarını kobud şəkildə pozublar.

Çıxışlarda vurğulanıb ki, bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, beynəlxalq hüquq normalarına arxa çevirən Ermənistan demokratik dəyərləri təhdid edir, insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Odur ki, insan hüquqlarının kütləvi şəkildə pozulmasına qarşı hər zaman həssaslıq nümayiş etdirən beynəlxalq qurumlar, beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməli, qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır