MƏDƏNİYYƏT
Beynəlxalq musiqi festivalı çərçivəsində “Koroğlu” operası nümayiş etdirilib
Bakı, 24 sentyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş etdirilib.
Koroğlu rolunu gənc vokalçı Ramil Qasımov ifa edib. Tamaşada Nigar obrazını İlahə Əfəndiyeva, Həsən xan rolunu Xalq Artisti Şahlar Quliyev canlandırıb.
Üç pərdəli, beş şəkilli operanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq Rəssamı Tahir Salahovdur. Tamaşanı Xalq Artisti Cavanşir Cəfərov idarə edib.
Qeyd edək ki, Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]