ELM VƏ TƏHSİL


Beynəlxalq reytinq sistemində AzMİU Azərbaycan universitetləri arasında birinci oldu

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2019-cu ildə yenidən “Round University Ranking” (RUR Ranking) beynəlxalq reytinq sistemində dünya universitetləri arasında öz yerini tutdu.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, dünyanın top 1000 universitet sıralanmasına Azərbaycandan 2 universitet daxil olub. AzMİU 43.131 balla 532-ci sırada, BDU 42.382 balla 543-cü sırada yer alıb. Qeyd edək ki, Azərbaycan universitetləri arasında AzMİU beynəlxalq RUR Ranking sisteminə daxil olan ilk universitetdir.

RUR Ranking sistemi Rusiyanın RUR Agentliyi tərəfindən 2010-cu ildən bu günə qədər hər il nəşr olunur. Reytinq sistemində 2019-cu il üzrə dünyanın aparıcı universitetləri 4 istiqamətdə 20 göstərici üzrə qiymətləndirilir: tədris, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə. Reytinqin əsas məqsədi ali təhsilə marağı olanları (abituriyentlər, tələbələr, akademik və elmi işçilər) universitetlərə cəlb etməkdir. Dünyanın Harvard, Oksford, Kembric, Kaliforniya Texniki Universiteti kimi nüfuzlu universitetləri də reytinq sistemində ön sıralarda yer alır.

Linkə birbaşa keçid:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.