ELM VƏ TƏHSİL


Beynəlxalq simpoziumda “Nəsimi şeirlərində sözün təsəvvüfi mahiyyəti” mövzusunda məruzə dinlənilib

Bakı, 19 sentyabr, AZƏRTAC 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərova Türkiyə Respublikasının Nevşehir Hacı Bəktaş Vəli Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar keçirilmiş beynəlxalq simpoziumda iştirak edib.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, Q.Qəmbərova simpoziumda “Nəsimi şeirlərində sözün təsəvvüfi mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, həmçinin Nevşehir Hacı Bəktaş Vəli Universitetinin rektoru Mazhar Bağlıya müəllifi olduğu “Nəsiminin anadilli şeirlərinin diaxronik-dialektoloji tədqiqi” monoqrafiyasını, eləcə də “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.