SİYASƏT


Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb VİDEO

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq keçirib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, brifinqdə qonaqlara Ermənistanın münaqişədə birbaşa iştirakı, Ermənistanın Gorus və Qafan rayonlarından Azərbaycanın Qubadlı və Laçın rayonlarının ərazilərinin, Ağdərə rayonunun işğal altında olan ərazilərindən Goranboy, Tərtər və Naftalan rayonlarında yaşayan Azərbaycan mülki əhalisinin və infrastrukturunun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs rejiminin kobud şəkildə pozması haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.