İDMAN


Beynəlxalq təşkilatlar MOK-un Ermənistanın Azərbaycana hərbi təxribatı ilə bağlı müraciətinə reaksiya verib

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və bundan sonra Azərbaycanın başlatdığı əks-hücum əməliyyatı haqqında qurumun rəsmi müraciətinə münasibət bildirib.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, komitənin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar münaqişənin tezliklə siyasi və hökumət səviyyəsində sülh yolu ilə ədalətli həllinin tapılacağına ümid etdiklərini vurğulayıblar.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Milli Olimpiya Komitələrinin Assosiasiyası, İslam Həmrəyliyi İdman Federasiyasının rəhbər şəxslərinə oktyabrın 1-də müraciət ünvanlayıb. Müraciətdə Ermənistan hökumətinin 26 ildən artıq müddətdə davam edən sülh danışıqlarını kobudcasına pozması, son illərdə Azərbaycan xalqına və dövlətinə qarşı təxribatların törədilməsi, sentyabrın 27-dən başlayaraq işğal olunmuş Azərbaycan əraziləri ilə həmsərhəd bölgələrdə atəşkəs rejiminin kobud şəkildə pozulması, o cümlədən yaşayış ərazilərinin Ermənistan hərbi qüvvələri tərəfindən ağır artilleriya atəşi və raket hücumuna məruz qalması qeyd olunur. Mövcud beynəlxalq hüquq və prinsiplərə zidd olan bu təcavüz nəticəsində Azərbaycan tərəfindən qadınlar, qocalar və uşaqlar da olmaqla mülki şəxslərin, o cümlədən idmançıların həlak olduğu bildirilir.

Müraciətdə bildirilir ki, erməni hökumətinin beynəlxalq prinsiplər və Olimpizm dəyərlərinə zidd olan bu hərəkəti Azərbaycan idman ictimaiyyəti arasında kəskin etiraza səbəb olub. Ermənistan tərəfinin insanlıq əleyhinə yönəlmiş bu kimi təcavüzkar hərəkətlərinin pisləndiyi müraciətdə beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkəmizin beynəlxalq hüquq və prinsiplər çərçivəsində haqlı mövqeyini dəstəkləməyə çağırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.