İDMAN


Beynəlxalq yoldaşlıq görüşü: Belarus- Azərbaycan oyunu başlayıb

Bakı, 2 iyun, Nicat Məmmədov, AZƏRTAC

Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda futbol üzrə beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Belarus- Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Canni De Byazinin Belarus ilə oyuna start heyətdə Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Əli Qurbani, Bədavi Hüseynov, Anton Krivotsyuk və Toral Bayramova yer verib.

Belarus yığmasının start heyətində isə Pavel Pavlyuçenko, Kirill Peçenin, Maksim Şvetsov, Maksim Volodko, Artyom Bıkov, Ruslan Xadarkeviç, Maks Ebonq, Maksim Skaviş, Nikolay Zolotov, Yevgeni Yablonski və Dmitri Antilevski yer alıblar.

Qeyd edək ki, bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlibsə, daha bir qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

Hazırda Belarus FIFA reytinqində 89-cu, Azərbaycan 110-cu yerdə gedir.

Azərbaycan millisi daha əvvəl Alaniyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.