İQTİSADİYYAT
Bəzi avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib
Bakı, 11 iyul, Elvin Camalov, AZƏRTAC
İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri ilə əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Dəyişikliyə əsasən 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə prospekti - Xudu Məmmədov küçəsi, əks istiqamətdə isə Məhəmməd Hadi küçəsi - Xudu Məmmədov küçəsi - Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küçəsi – Sarayevo küçəsi - Telnov küçəsi - Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]