İQTİSADİYYAT
Biləcəri qəsəbəsindəki “20 Yanvar Şəhidləri”nin xatirəsinə salınan park yenidən qurulmuşdur
Bakı, 24 yanvar (AZƏRTAC). Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən “20 Yanvar Şəhidləri”nin xatirəsinə salınan park yenidən qurulmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, parkın ümumi ərazisi 3 min 800 kvadratmetr, yaşıllıq ərazisi 2 min 200 kvadratmetr, qranit mərmər ilə döşənmiş sahəsi 800 kvadratmetr, beton səki daşları ilə döşənmiş sahə isə 800 kvadratmetr təşkil edir.
Parkın yaşıllaşdırılmasında Avropadan gətirilmiş həmişəyaşıl ekzotik ağac və bitkilərdən istifadə olunmuşdur. Park müasir işıqlandırma və avtomatik suvarma sistemi ilə təchiz edilmiş, həmçinin günlük və oturacaqlar quraşdırılmışdır. Parkın ətraf yolları və yaşayış sahələri abadlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]