REGİONLAR
Biləsuvarda “Biz artıq 10 000 000-luq ölkəyik” adlı tədbir keçirilib
Biləsuvar, 8 aprel, Mahir Babayev, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı Biləsuvarda “Biz artıq 10 000 000-luq ölkəyik” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin ayrı-ayrı küçə və prospektlərində, park və xiyabanlarında 1000 ədəd dekorativ və meyvə ağacları, gül kolları əkib, yaşıllıqlara qulluq göstəriblər.
Sonra tədbir mərkəzi parkda keçirilən bayram şənliyi ilə davam edib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycanda əhalinin sayının sürətlə artması Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə ölkəmizdə iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir.
Mərasim rayon incəsənət ustalarının ifasında maraqlı konsert proqramı və atəşfəşanlıqla davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]