ELM VƏ TƏHSİL


Bilik Fondunun təmsilçisi Girne Amerika Universitetində Azərbaycan təhsilinin uğurlarından danışıb

Bakı, 9 iyul, AZƏRTAC

Şimali Kiprdə keçirilən “Təhsildə beynəlxalq liderlər” forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu da iştirak edib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Girne Amerika Universitetində keçirilən tədbirə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin təhsil nazirlikləri, dövlət qurumlarının rəsmi nümayəndələri, KİV təmsilçiləri və digər səlahiyyətli şəxslər qatılıblar. Tədbirdə C.Musaoğlu "Maarifçilik ənənələri tərəqqinin təməli kimi” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın təhsil sahəsindəki böyük uğurlarından söz açıb, xüsusən gənclərin biliklənməsi, maariflənməsi istiqamətində hökumətin və ictimaiyyətin gördüyü işlərdən danışıb. Bildirilib ki, Azərbaycan təhsili vətəndaşlara paralel biliklərin verilməsinə çalışır. Dövlətimiz onların həm layiqli vətəndaş, həm dünya səviyyəsində inkişaf edən qlobal düşüncəli mütəxəssis kimi yetişməsində maraqlıdır, ictimaiyyət bu siyasətə əməli dəstək verir. Əhalinin maarifləndirilməsi işi uğurla aparılır, dövlətin həm daxili, həm də xarici siyasətinin mahiyyəti vətəndaşlara dolğunluğu ilə çatdırılır və bu istiqamətdə Bilik Fondu ölkənin Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Maarifləndirici tədbirlərin bir çoxu ali, orta-ixtisas və orta məktəblərdə təşkil olunur. Tələbə və şagirdlər beynəlxalq elmi konfranslara, mühazirə və təlimlərə qatılırlar, şəhər və rayonların təcrübəli və qabaqcıl təhsil işçiləri isə Bilik Fondunun yerli nümayəndələri qismində fəaliyyət göstərirlər.

Forum dünyanın diqqətini təhsilin əhəmiyyətinə yönəltmək, planetin hər yerində insan kapitalının ən vacib sərvət kimi qavranılmasını önə çəkmək, “yurda sülh, cahanda sülh” anlamının gercəkləşməsinə təhsilin liderliyi ilə çatmağın mümkünlüyü mesajını vermək, dünya təhsil sistemində baş verən yeniliklərlə yaxından tanış olmaq, tanınmış təhsil mütəxəssislərinin təcrübəsindən yararlanaraq liderlik bacarıqlarını artırmaq məqsədilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.