İQTİSADİYYAT
Biliklərin idarə edilməsi sisteminin qurulmasına dair seminar keçirilmişdir
Bakı, 1 may (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) biliklərin idarə edilməsi sisteminin qurulmasına dair seminar keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, avstriyalı ekspertlər tərəfindən həyata keçirilən seminarın məqsədi QKDK-da daha zəngin məlumat portalı və bazasının yaradılması, əməkdaşların və təşkilatın potensial üstünlüklərinin və çatışmazlıqlarının qiymətləndirilməsi, bu məlumatlardan səmərəli istifadə edilməsindən ibarətdir.
Seminarda biliklərin idarə olunması sisteminin qısa təsviri və həyata keçirilməsi, bu istiqamətdə qabaqcıl təcrübə ilə tanışlıq, həmçinin sistemin komitədə tətbiq imkanlarına dair ətraflı müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]