ELM VƏ TƏHSİL


Biofizika İnstitutu və Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu əməkdaşlığa başlayır

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu ilə Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müqavilənin məqsədi qarşılıqlı fəaliyyətin təşkili, müştərək elmi tədqiqatların aparılması, məlumat mübadiləsinin genişləndirilməsidir.

Sənədi institutun ekoloji biofizika laboratoriyasının rəhbəri professor Tokay Hüseynov və Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun hemopoezin patologiyası bölməsinin rəhbəri Çingiz Əsədov imzalayıblar. Müqavilə 2021-ci ilin mart ayınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.