ELM VƏ TƏHSİL
Biometrik texnologiyalarla bağlı araşdırmalar aparılır
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalar, proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması üzrə elmi tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə insanın irqi və etnik mənsubiyyətinin müəyyənləşdirilməsində səmərəliliyin artırılması üçün yeni alqoritm işlənilib. İnsanın əl damar izləri və kəllə sümüklərinin təsvirləri əsasında tanınması üçün metod və alqoritmlərin hazırlanması üzrə tədqiqatlar aparılıb. Hazırda uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması mövzusu, eləcə də uşaq və yeniyetmələrin internet asılılığının fərdi-psixoloji aspektlərinin tədqiqi və psixometrik analizi sahəsində işlər davam etdirilir.