CƏMİYYƏT


“Bir sifariş – Bir sevinc” layihəsi yekunlaşıb

Bakı, 28 aprel, AZƏRTAC

COVID-19 pandemiyasının təsirinə məruz qalan aztəminatlı ailələrə, həmçinin kiçik kafe və restoranlara dəstək olmaq məqsədilə “Coca-Cola” və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “Bir sifariş – Bir sevinc” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihənin tərəfdaşı olan “Wolt” qida çatdırılması tətbiqində yaradılmış “Bir sifariş – Bir sevinc” (Buy one, donate one) bölməsində xüsusi menyudan edilmiş hər bir sifariş müqabilində aztəminatlı ailələrə 18 adda müxtəlif ərzaq məhsullarından ibarət olan qida qutuları təqdim olunub.

Ötən ilin dekabr ayından davam edən layihə çərçivəsində Bakı, Gəncə, Bərdə, Ağdam, Tərtər, Şamaxı, Tovuz, Sabirabad, Mingəçevir, Masallı, Ağcabədi, İmişlidə yaşayan 7 min aztəminatlı ailəyə, ümumilikdə 20 mindən çox insana ASAN könüllüləri tərəfindən qida yardımı çatdırılıb. Qida qutularının bir hissəsi kampaniyanın ilk günlərində müharibə dövründə zərərçəkən ailələrə göndərilib.

Qeyd edək ki, layihənin icrasında iştirak edən təşkilati komanda və ASAN könüllülərinə aktiv fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşlarının iştirakı ilə xüsusi təşəkkürnamələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.