İDMAN


Birinci Avropa Oyunlarının məşəli Azərbaycanın cənub qapısı Astarada

Astara, 1 may, Bağır Əliyev, AZƏRTAC

Birinci Avropa Oyunlarının məşəli mayın 1-də günün ikinci yarısında Lerik rayonundan sonra Astaraya gətirildi.

AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki Bayraq Meydanında məşəlin qarşılanma mərasimi oldu.

Avropa Oyunlarının rəmzi qapısında astaralı idmançı İlham Sadıqzadə Avropa Oyunlarının məşəlini qəbul etdi.

Bayraq Meydanından 10 məşəlçi 4 kilometr metr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə, Xəzər dənizi sahilində yeni salınmış park-bulvar kompleksinə gəldilər.

Atletika üzrə Avropa turnirinin qalibi, bir neçə dəfə Azərbaycan çempionu olmuş Fikrət Qafarov məşəli fəvvarə meydanında qurulmuş səhnəyə qaldırdı. F.Qafarov birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Meydana toplaşanların sürəkli alqışları altında Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün rayonun 15 yaşlı idmançısı Sənan Rzayevə təqdim olundu.

Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Astaradan Yardımlı rayonuna yola salındı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.